Ağ Ev noyabrda Bayden və Si Cinpin arasında görüş planlaşdırır – WP
Ağ Ev ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpin arasında noyabrda Kaliforniyada mümkün görüşü planlaşdırmağa başlayıb.
Bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, gələn ay San-Fransiskoda keçiriləcək APEC sammitində (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Forumu nəzərdə tutulur) Bayden və Si Cinpin arasında ikitərəfli görüş imkanını yüksək qiymətləndirir.
Bildirilir ki, bu görüşə hazırlıq məqsədilə Çinin xarici işlər naziri Vanq Yi yaxın həftələrdə Vaşinqtona səfər edə bilər. Nəşrin mənbələrinə görə, ABŞ administrasiyası Baydenin Si Cinpinlə ehtimal olunan görüşünü iki ölkə arasında münasibətləri tənzimləmək üçün bir fürsət kimi qiymətləndirir.
Əgər görüş baş tutsa, bu, 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammiti çərçivəsində danışıqlardan sonra ABŞ və Çin liderləri üçün ilk görüş olacaq.
Qeyd edək ki, Amerika lideri çinli həmkarı ilə görüşmək arzusunu dəfələrlə bəyan edib. Hətta o, Si Cinpinlə Yeni Dehlidə keçirilən son G20 sammiti çərçivəsində danışıqlar aparacağını da istisna etmirdi. Bununla belə, sammitə Çin nümayəndə heyətinin başında Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan gəlmiş, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin o zaman dediyi kimi, Si Cinpinin sammitə qatılmamaq qərarı Baydeni məyus etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2023, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər