reklam
Regionxeberlericom.az » Dünya » İsrail hakimiyyəti Misirdən kömək istəyib – WSJ

reklam

İsrail hakimiyyəti Misirdən kömək istəyib – WSJ


















İsrail hakimiyyəti Misirdən Fələstinin HƏMAS hərəkatının yaraqlıları tərəfindən əsir götürülən israillilərin azad edilməsində vasitəçi rolunu oynamasını və köməklik göstərməsini istəyib.

Bu barədə “The Wall Street Journal” adı açıqlanmayan Misir rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Qəzza zolağında nə qədər İsrail vətəndaşının əsir saxlandığı hələ dəqiq deyil.

HƏMAS sözçüsü və Misir səfirliyindəki mənbələr qəzetə bildiriblər ki, onlar israilliləri əsir saxlayan bəzi yaraqlılarla əlaqəni kəsiblər. Qəzet qeyd edir ki, mülki şəxslər də yaraqlılara dinc sakinləri ələ keçirməyə kömək ediblər, ona görə də dəqiq neçə nəfərin əsir götürüldüyünü müəyyən etmək çətindir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Misir hakimiyyəti vəziyyəti qiymətləndirmək və sakitliyə çağırmaq üçün artıq müxtəlif kanallar vasitəsilə İsrail hakimiyyəti və HƏMAS hərəkatı ilə əlaqə saxlayıb. Qəzet qeyd edir ki, indiyə qədər Misirin səyləri uğur qazanmayıb, çünki İsrail atəşkəslə razılaşmadan əvvəl silahlı hücumlara cavab vermək lazım olduğunu israr edir.




Paylaş:


Müəllif : Tarix:
8-10-2023, 12:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər