HƏMAS-ın bu yüksəkrütbəli üzvləri öldürüldü
İsrail Müdafiə Qüvvələri yüksək vəzifəli HƏMAS üzvünün öldürüldüyünü təsdiqləyib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında HƏMAS-ın iqtisadiyyat naziri Cavad Əbu Şamalanı öldürülüb.
“O, öz vəzifəsinin bir hissəsi olaraq Qəzza zolağının daxilində və xaricində terrorizmin maliyyələşdirilməsini koordinasiya edib” , - məlumatda deyilir.
Mətbuat xidməti həmçinin qeyd edib ki, Əbu Şamala İsrailin mülki əhalisinə qarşı bir sıra əməliyyatlara rəhbərlik edib.
İsrail ordusunun mətbuat xidməti həmçinin, HƏMAS Siyasi Bürosunun yüksəkrütbəli üzvü Zəkəriyyə Əbu Maamranın öldürüldüyünü açıqlayıb.
Bildirilib ki, Zəkəriyyə Əbu Maamra daxili əlaqələr şöbəsinin rəhbəri olub, Qəzzadan olan terrorçu qrupların koordinatoru kimi fəaliyyət göstərib. O, Qəzzadakı Həmas lideri Yəhya Sinvarın etibarlı adamı olub və İsrailə qarşı aksiyalarda iştirak edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2023, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər