reklam
Regionxeberlericom.az » Dünya » “Kəşfiyyat ABŞ-a Yaxın Şərqdə mümkün eskalasiya barədə xəbərdarlıq edib” – CNN

reklam

“Kəşfiyyat ABŞ-a Yaxın Şərqdə mümkün eskalasiya barədə xəbərdarlıq edib” – CNN

















ABŞ kəşfiyyatı HƏMAS yaraqlılarının oktyabrın 7-də Qəzza zolağından İsrailə sızmasından bir neçə həftə əvvəl ABŞ administrasiyasına Fələstin-İsrail münaqişəsinin mümkün gərginləşməsi barədə xəbərdarlıq edib.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası vəziyyəti qiymətləndirən ən azı iki hesabat alıb və onlar da İsrail tərəfdən alınan kəşfiyyat məlumatlarına əsaslanıb.

“Xüsusilə, sentyabrın 28-də HƏMAS-ın İsraillə sərhəddə raket hücumları həyata keçirməyi planlaşdırdığı xəbəri yayılıb. Oktyabrın 5-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS-dan hərbi təcavüz ehtimalının artdığını bildirib. Oktyabrın 6-da Amerika rəsmiləri HƏMAS tərəfindən qeyri-adi fəallığın artdığı barədə İsraildən məlumat verib və bu, hücumun qaçılmaz olduğunu göstərir”, - məlumatda bildirilib.




Paylaş:


Müəllif : Tarix:
14-10-2023, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər