reklam
Regionxeberlericom.az » Dünya » “İsrail ABŞ-ın təzyiqi altında quru əməliyyatı planlarını dəyişir” – “Bloomberg”

reklam

“İsrail ABŞ-ın təzyiqi altında quru əməliyyatı planlarını dəyişir” – “Bloomberg”













“İsrail ABŞ-ın təzyiqi altında daha uzun sürə biləcək quru əməliyyatı planlarında dəyişikliklər edir”.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatların bu münaqişədə rolu və təsiri əvvəlkilərdən daha dərin və güclüdür. Mənbələrə görə, quru əməliyyatı planlaşdırılandan gec başlaya və daha uzun çəkə bilər. Düzəlişlər həm də Qəzza zolağının mülki əhalisi arasında “potensial qurbanların sayını məhdudlaşdırmaq” istəyi ilə bağlıdır.

“Bloomberg” qeyd edir ki, Amerika rəsmiləri həmçinin “İsrailin işğalının iki cəbhədə münaqişəyə gətirib çıxara biləcəyindən və İranı cəlb edə biləcəyindən” daha çox narahatdırlar ki, bu da ABŞ-ni daha da bu münaqişəyə sürükləyə bilər.

Bundan əvvəl ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin İqtisadiyyat və Sənaye naziri Nir Barkat bildirib ki, hərbçilər hazır olan kimi İsrail ordusu Qəzza zolağına daxil olmaq üçün yaşıl işıq yandırıb.




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 08:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər