Məhkəmə İmran Xanı dövlət sirrini ifşa etməkdə təqsirləndirir
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureyşi “Dövlət sirri haqqında” qanunu pozmaqda ittiham edib.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Vəkillərin sözlərinə görə, “Dövlət sirri haqqında” qanunu pozmaqda təqsirli bilinənləri 14 ilə qədər həbs və ya hətta ölüm cəzası gözləyir.
İmran Xan hazırda həbsdədir. Məhkəmə iclasları oktyabrın 27-də başlayacaq və bu iclaslarda şahidlər dindiriləcək.
Federal Təhqiqat Agentliyinin (FIR) məlumatına görə, Xan və Qureyşi 1923-cü ildə qəbul olunan “Dövlət sirri haqqında” qanunu pozaraq və Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə edərək, dövlət təhlükəsizliyinin mənafeyinə ziyan vurmaqla gizli sənədin məzmununu icazəsiz şəxslərə şəxsi məqsədlər üçün açıqlayıblar”.
Qeyd edək ki, istintaq Xanın 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etməsindən sonra başlayıb. Onun sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətlərində Xanın 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2023, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər