reklam
Regionxeberlericom.az » Dünya » Kadırovdan ƏMR: "Onları alnından güllələyin"

reklam

Kadırovdan ƏMR: "Onları alnından güllələyin"


Ramzan Kadırov Mahaçqaladakı iğtişaşlarla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına əmr verib.

Regionxeberlericom.az Rusiya KİV-ə istinadla bildirir ki, Çeçenistan lideri iğtişaşların təhrikçilərini dərhal saxlamağı, cinayətkar üç xəbərdarlıq atəşinə reaksiya vermədikdə isə onun alnına güllə atmağı tapşırıb.

Çeçenistan rəhbəri Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının nümayəndələri ilə görüşündə deyib: “Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha iğtişaşlara çıxmayacaqlar. Bu mənim əmrimdir”.

O, bu tapşırıqla bağlı öz Telegram kanalında video yayımlayıb.

Qeyd edək ki, bazar günü Dağıstanda yerli sakinlər Tel-Əvivdən qayıdan təyyarə enəndən sonra Mahaçqala hava limanının uçuş-enmə zolağına daxil olub və kütləvi iğtişaşlar başlayıb. Polisin son məlumatlarına görə, 83 nəfər saxlanılıb.




Paylaş:


Müəllif : Tarix:
31-10-2023, 13:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər