Möhsün Rezayi: İslam ordusu yaradılmalıdır
Amerika və İsrailin təcavüzünə qarşı müsəlman ölkələrinin ümumi İslam ordusu yaradılmalıdır.
Təsnim xəbər verir ki, bunu İranın keçmiş vitse-prezidenti, Məsləhət Şurasının üzvü Möhsün Rezayi deyib.
O bildirib: "Sionist rejimin müqavimət qüvvələri ilə quru müharibəsinə girməsi axmaqlıqdır və onlar Fələstin xalq müqavimət qüvvələrinin bataqlığında qalacaqlar".
M. Rezayi müsəlman hökumətlərin İslam ordusunun qurulmasının mümkün olduğunu, lakin 10 il əvvəl belə bir ehtimalın mümkün olmadığını bildirib: "Qəzza və israillilərin zorakılığı İslam ölkələrini nəsə etməyə sövq edir".
O əlavə edib: "Amerikalılar Qərbi Asiyada boşluğun Çin, Rusiya və ya İran tərəfindən doldurulacağından çox narahatdırlar. Bu məsələ ilə bağlı üç ssenari var: birincisi, ABŞ regionu tərk etməli, ikincisi, Çin və Rusiya bölgəyə gəlməlidir, üçüncüsü, başqa həll yolu tapılmalıdır.
Mənim proqnozum budur ki, amerikalılar Suriyanın şərqində, Qərbi İraqda, İordaniyada və Sina səhrasında öz bazalarını gücləndirəcəklər, çünki onlar Qərbi Asiyada qalmasalar, Amerika artıq Amerika olmayacaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2023, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər