“Şimali Koreya Rusiyaya bir milyon artilleriya mərmisi verib” – “Bloomberg”
“Şimali Koreya Rusiyaya bir milyondan çox artilleriya mərmisi göndərib”.
Bu barədə “Bloomberg” qapalı kəşfiyyat brifinqdə iştirak edən Cənubi Koreya rəsmisi Yo Sanq-Buma istinadən bildirir.
Onun sözlərinə görə, kəşfiyyat hesab edir ki, avqust ayından KXDR Rusiyaya on partiya silah və silah-sursatdan istifadə üzrə məsləhətçilər göndərib.
Nəşr qeyd edir ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi sovet silahlarına uyğun gələn artilleriya mərmiləri və raketləri üzrə dünyada ən böyük ehtiyatlardan birinə malikdir. Agentlik yazır ki, bu sursatların satışı KXDR büdcəsinə yüz milyonlarla, hətta milyardlarla dollar gəlir gətirə bilər.
Bundan əlavə, Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Rusiya əvvəlki iki uğursuz cəhddən sonra hərbi kəşfiyyat peykinin buraxılmasında KXDR-ə texniki yardım edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2023, 20:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər