Qəzzaya nüvə bombası atılmasını mümkün sayan nazir hökumətin iclasından uzaqlaşdırıldı
İsrailin Baş naziri Benyamin Netanyahu Qüds və Yəhudi İrsi naziri Amihai Eliyahunun Nazirlər Kabinetinin iclaslarında iştirakını növbəti xəbərdarlığa qədər dayandırıb.
RegionXəbərləricom.az “Radio Kan”a istinadla xəbər verir ki, buna səbəb nazirin Qəzza zolağına nüvə bombası atılması ehtimalı ilə bağlı bəyanatı olub.
“Amihai Eliyahunun sözləri həqiqətə uyğun deyil və reallıqdan uzaqdır. İsrail günahsız insanlara zərərin qarşısını almaq üçün beynəlxalq hüququn ən yüksək standartlarına uyğun hərəkət edir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”, - deyə Netanyahu bildirib.
Qeyd olunur ki, bazar günü Kol Berama kanalında aparıcının Fələstin anklavına nüvə bombasının atılıb-atılmaması ilə bağlı sualına cavab olaraq, Eliyahu “bu da ehtimallardan biridir” deyə cavab verib. Həmin gün nazir qeyd edib ki, “atom bombası ilə bağlı bəyanatın məcazi xarakter daşıdığı hər bir ağlabatan insana aydındır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2023, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər