“Ciddi zərbə alacaqsınız” – İranlı nazirdən ABŞ-yə çağırış
İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ABŞ-ı Qəzza zolağında müharibəni dərhal dayandırmağa çağırıb.
Bu barədə İranın Tasnim agentliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Dərhal müharibəni dayandırın və atəşkəsi təmin edin, əks halda ciddi zərbə alacaqsınız”, - nazir deyib.
Xatırladaq ki, oktyabrın 28-də İran Prezidenti İbrahim Rəisi deyib ki, Tehran İranın İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibəyə müdaxilə etməməsində israrlı olan ABŞ-ın xəbərdarlığına əməl etməyəcək.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, HƏMAS-ın büdcəsinin 90%-i İrandan gəlir.
Noyabrın 3-də İranın dəstəklədiyi Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah da Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.
O, fələstinlilərlə həmrəy olduğunu bildirib. Nəsrullah deyib ki, “Hizbullah” İsrail ordusunun təxminən üçdə birini və dəniz qüvvələrinin yarısını ələ keçirib.
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Livan, “Hizbullah” və İrandan İsrailə qarşı ikinci və ya üçüncü cəbhənin açılmasına icazə verməyəcəyini vurğulayaraq cavab verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2023, 20:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər