reklam
Regionxeberlericom.az » Dünya » Qəzza od tutub yanır, Hizbullah hardadır? – Mollaların RİYAKARLIĞI

reklam

Qəzza od tutub yanır, Hizbullah hardadır? – Mollaların RİYAKARLIĞI

Qəzza zolağında vəziyyət günü-gündən ağırlaşır. Faktiki İsrail Qəzzaya divan tutur, quru əməliyyatı keçirir, ölən və yaralananların, dağıntıların, qaçqınların sayı günbəgün kosmik sürətlə artır. İsrail HƏMAS-ı məhv etməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə ardıcıl şəkildə öz işini aparır. ABŞ və kollektiv Qərb onun yanında və arxasındadır.

Bəs İran və onun maliyələşdirdiyi Hizbullah hardadır? İran rəsmiləri başlarından yekə bəyanatlar verirdilər ki, İsraili yer üzündən siləcəklər. Nə oldu? Mollaların gözü qarşısında Qəzza dağıdılır, fələstinlilərə divan tutulur, məscidlər terror yuvası elan edilir və uçurulur. Gün ərzində neçə neçə müsəlman, qadın, uşaq qoca öldürülür. Hanı mollalar? Mələfəbaşlar bəyanat verməkdən, İsraili lənətləməkdən başqa nə edir? İran rəsmi şəkildə bunu edə bilmirsə və ya etmirsə, onun uzun illər bəslədiyi proksilər, Hizbullahdamı edə bilmir? Onlar niyə kənarda durublar?

Bu müddət ərzində İran on dəfə ikinci cəbhə aça bilərdi, HƏMAS-a və Qəzzaya yönəldilmiş şiddəti bölüşərdi. Bütün dünyaya göstərə bilərdi ki, həqiqətən də bəyan etdiyi kimi müsəlmanları, müsəlman torpaqlarını qoruyur və qorumağa çalışır. Amma nəinki ikinci cəbhə açılmır, ümumiyyətlə heç bir iş görmürlər. İslam, müsəlmanlar, müqəddəs torpaqlar İran mollaları üçün yalnız vasitədir. Həm İran xalqını əsarətdə saxlamaq, həm də bütün bölgəni terror ab-havasında yaşatmaq üçün.

İran hakimiyyəti özünəməxsus hiyləgərliklə baş aldadır, dünya müsəlmanlarını qandırır, əslində isə ABŞ və İsraillə işbirliyindədir. Bu gün İran əlindən gələni edir ki, İsrail HIMAS-ı mümkün qədər tez neytrallaşdırsın və onun kökünü kəssin.

Heç kim iddia edə bilməz ki, hazırda HƏMAS-a gedən silah-sursat marşrutları haqqında məlumatlar Doxadakı şəbəkə vasitəsilə İran tərəfindən amerikalılara, oradan da İsrailə sızdırılmır. Heç kim deyə bilməz ki, HƏMAS-ın maliyyə mənbələrinin tapılıb qapadılmasında İran kəşfiyyatının rolu yoxdur.

Bu gün İranın yaxın şərqdə, Fələstində sərgilədiyi mövqe böyük oyunun mollalara ayrılmış bir hissəsidir. Üzdə müsəlmanların havadarı kimi görünməyə çalışan İran, əslində Qərblə bir zərfdədir. Hərənin öz mənfəəti var, qırılan və əziyyət çəkən isə müsəlmanlar, fələstinlilərdir... / MOUZE




Paylaş:


Müəllif : Tarix:
8-11-2023, 12:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər