reklam
Regionxeberlericom.az » Dünya » Adamyeyən məhkum əhv edildi

reklam

Adamyeyən məhkum əhv edildi


Cinayəti törədən şəxs pişikləri, itləri və insanları öldürən bir kultun üzvü olub və qurbanlardan birində 666 kəsik aşkarlanıb. 

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə iştirak etdiyi üçün 20 il müddətinə azadlıqdan məhrum edilən satanist qatili əfv edib.

Xarici medianın xəbərinə görə, o, 2006-cı ildə Yaroslavl şəhərində yaranmış satanist sektasının üzvü olub. Əvvəlcə onun iştirakçıları pişik və itlər üzərində öz “rituallarını” yerinə yetirərək heyvanları öldürüblər.

Lakin zaman keçdikcə ən azı dörd yeniyetməni öldürüblər. Əvvəlcə spirtli içki qəbul ediblər, sonra isə kimsəsiz yerə apararaq bıçaqla qətlə yetiriblər.

Qurbanlardan birində 666 kəsik olduğu iddia edilir. Qətllər həyata keçirildikdən sonra qurbanlar parçalanıb, bəziləri hətta qismən yeyilib. Qalıqlar cinayət yerinin yaxınlığında basdırılıb.




Paylaş:


Müəllif : Tarix:
22-11-2023, 20:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər