Rusiya Ukraynaya 75 kamikadze PUA atdı – Əsas istiqamət Kiyev oldu
Noyabrın 25-nə keçən gecə Rusiya Ukraynaya kütləvi hücuma keçərək rekord sayda “Şahed-131/136” kamikadze pilotsuz uçuş aparatları (PUA) buraxıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Ukrayna ordusunun hesablamalarına görə, Ukrayna iki istiqamətdən - Krasnodar diyarı və Kursk vilayətindən 75 PUA ilə hücuma məruz qalıb.
Hava hücumundan müdafiə vasitələri Ukraynanın ən azı altı bölgəsində işə düşüb: Kiyev, Sumi, Dnepropetrovsk, Zaporojye, Nikolaev və Kirovoqrad.
Qeyd olunur ki, hücumun əsas istiqaməti Kiyev olub. Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, paytaxt üzərində 60-dan çox hava hədəfi vurulub. Dnepropetrovsk və Nikolayev vilayətləri üzərində daha altı pilotsuz təyyarə və bir X-59 raketi vurulub.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hava hücumu xəbərdarlığı altı saat davam edib.
Nəticədə biri 11 yaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb. Onlara yerində və ya təcili yardım otaqlarında tibbi yardım göstərilib.
Hücum zamanı elektrik xətti kəsilib, Kiyevin mərkəzində 77 yaşayış binası və 120 müəssisə işıqsız qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu şərh edərkən rus qoşunlarının hərəkətlərini 25 noyabrın Ukraynada Qolodomor qurbanlarının anım günü olması ilə əlaqələndirib.
Rusiya hakimiyyəti Ukraynaya hücumu hələ ki, şərh etməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2023, 18:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər