reklam
Regionxeberlericom.az » Dünya » Rusiyada qanunsuz yaşayanlara SƏRT QADAĞALAR

reklam

Rusiyada qanunsuz yaşayanlara SƏRT QADAĞALAR


Rusiya qanunsuz miqrantlar üçün sürücülük vəsiqəsi almağı, avtomobil sürməyi, pul köçürməsini və evlənməyi qadağan edən nəzarətli qalma rejiminin tətbiqini təklif edib.

Regionxeberlericom.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində bildirilir.

Sənəddə izah olunur ki, bu qadağalar Rusiya Federasiyasında olan və ölkədə yaşamaq üçün hüquqi əsası olmayan yaxud miqrasiya qeydiyyatını apararkən bilərəkdən yalan məlumatlar və ya sənədlər təqdim edən əcnəbi vətəndaşa şamil edilən hüquqi rejimdir.

Daxili İşlər Nazirliyinin qanun layihəsində belə şəxslərə hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatına alınmasına, daşınmaz əmlakın, nəqliyyat vasitələrinin əldə edilməsinə və ya özgəninkiləşdirilməsinə, daşınmaz əmlakın dövlət kadastr qeydiyyatına alınmasına qadağa qoyulması nəzərdə tutulur.

Həmçinin qeyri-qanuni miqrantlara bank hesabı açmaq, pul köçürməsi və ailə qurmaq qadağan olunması da təklif edilir.




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 10:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər