Qəzzada bu günə qədər 6500 itkin var
Qəzza hökuməti İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlarından sonra təxminən 6500 nəfərdən xəbər alınmadığını açıqlayıb.
TRT xəbər verir ki, bu barədə Qəzza Media Ofisinin baş direktoru İsmayıl əs-Səvabitə təşkil etdiyi mətbuat konfransında məlumat verib.
İsrailin heç bir hədəfi nəzərə almadan hücumlarını davam etdirdiyini vurğulayan Səvabitə hər gün İsrailin hücumlarında onlarla insanın öldüyünü və yaralandığını xatırladıb.
Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına etdiyi hücumlarda təxminən 6500 nəfərin ya dağıntılar altında qaldığını, ya da itkin düşdüyünü bildirən Səvabitə Qəzzaya edilən hücumlarda ABŞ və İsraili ittiham edib.
Qeyd edək ki, İsrail və HƏMAS arasındakı münaqişələrdə 4 günlük müvəqqəti atəşkəslə bağlı razılaşma 24 noyabr cümə günü saat 09.00-da qüvvəyə minib. Daha sonra atəşkəs daha 3 gün də uzadılıb. İsrail və HƏMAS arasında əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağından 81 israilli, İsrail həbsxanalarından isı 240 fələstinli məhbus azad edilib.
İsrail ordusu dekabrın 1-də müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzza zolağına hücumlarını bərpa edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2023, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər