reklam
Regionxeberlericom.az » Dünya » Kim Çen In qadınları daha çox uşaq dünyaya gətirməyə çağırdı – Göz yaşlarını saxlaya bilmədi

reklam

Kim Çen In qadınları daha çox uşaq dünyaya gətirməyə çağırdı – Göz yaşlarını saxlaya bilmədi

















Ölkəsində doğum faizinin aşağı düşməsindən danışan Şimali Koreya lideri Kim Çen In qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

Onun bu anlarda göz yaşlarına hakim ola bilmədiyi müşahidə edilib.

Kim Çen In V Ümumrespublika Analar Qurultayının açılışında çıxışı zamanı doğum faizinin azalmasını dayandırmağın qadınların vəzifəsi olduğunu bildirib.

Əlindəki kağız dəsmalla göz yaşlarını silən Kim çıxışında: “Doğum faizinin azalmasının qarşısını almaq, uşaqlara yaxşı təlim və tərbiyə vermək analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir”, - deyib.

Şimali Koreya lideri qadınlardan daha çox uşaq sahibi olmalarını xahiş edərkən göz yaşlarına hakim ola bilməsə də, dövlət mediasında yayılan görüntülərdə izdihamın çıxışı zamanı onu gurultulu alqışlarla alqışladığı görünür.




Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 14:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər