İsrailin keçmiş baş naziri Qəzzada qarşıdurmaya son qoymağın şərtlərini açıqlayıb
Qəzza zolağında münaqişə yalnız bütün yaraqlılar, xüsusən də Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyi öldürüldükdən və ya əsir götürüldükdən sonra bitəcək.
“Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet “NBC News”a müsahibəsində deyib.
“Birincisi, bu, bütün yaraqlıların, xüsusən də HƏMAS rəhbərliyinin ya öldürülməsi, ya da ələ keçirilməsi ilə başa çatacaq, ikincisi, onları sərhədimizdən uzaqlaşdırmaq üçün Qəzzanın təxminən 1,5 km dərinliyində təhlükəsizlik bufer zonası yaradılacaq”, - deyə o qeyd edib.
Bennet həmçinin qeyd edib ki, heç bir israilli fələstinlilərin həyatına nəzarət etmək arzusunda deyil.
“Düşünürəm ki, düzgün iş, daimi bir strukturu işə salana qədər sektoru bir neçə il idarə etmək üçün səlahiyyətli insanlardan ibarət müvəqqəti texnokratik hökumət yaratmaqdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər