İsrail ordusu daha bir HƏMAS qərargahını məhv etdi
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyat zamanı təşkilatın hərbi komandanlıq mərkəzlərindən birini məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“IDF qoşunları HƏMAS-ın “Şücayyə” batalyonunun komanda və idarəetmə mərkəzini ələ keçirib. Bu əməliyyartlar zamanı qoşunlar terrorçuları və HƏMAS terrorçularından birinin istifadə etdiyi tunel şaxtasını məhv ediblər”, - məlumatda bildirilib.
Ordunun qeyd etdiyi kimi, kompleks İsrail ordusunun təyyarələri, tankları və mühəndis qoşunları tərəfindən hücuma məruz qalıb:
“Bundan əlavə, 414-cü Batalyonun IDF qoşunları ilk dəfə olaraq “Maoz” pilotsuz uçan aparatından istifadə edərək, ərazidəki terrorçu qrupları aşkar edib, onlara zərbələr endiriblər”.
Bundan əlavə, hərbçilər bildiriblər ki, İsrail ordusu son 24 saat ərzində Qəzza zolağının cənubunda, Xan Yunis şəhərində terrorçuların infrastruktur obyektlərinə məqsədyönlü reyd keçirib:
“Əsgərlər çoxlu terrorçunu öldürüb və HƏMAS-ın tunel şaxtalarını aşkar ediblər. Bu məqsədyönlü basqın zamanı qoşunlar dəqiq idarə olunan Dəmir Sting sursatlarından istifadə edərək, silah anbarını hədəfə alıblar. Əsgərlər həmçinin 7 oktyabr qırğını zamanı HƏMAS tərəfindən istifadə edilən motosikletləri tapdıqları tunel şaxtasını da aşkar ediblər. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı terrorçuların sığınacaq kimi istifadə etdiyi hərbi kompleksə, digər təyyarə isə İsrail Müdafiə Qüvvələrinə hücum etmək istəyən 3 terrorçuya zərbələr endirib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2023, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər