reklam
Regionxeberlericom.az » Dünya » Pentaqon rəhbəri Yaxın Şərq turnesinə çıxır

reklam

Pentaqon rəhbəri Yaxın Şərq turnesinə çıxır
















ABŞ Müdafiə naziri Lloyd Ostin gələn həftə sonu İsrail, Bəhreyn və Qətərdə dayanacaqlarla, Yaxın Şərqə səfər edəcək.

Bu barədə Pentaqonun sözçüsü danışıb.

Ostin İsraildə ABŞ-ın "İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququna sarsılmaz sadiqliyini" vurğulamaq niyyətindədir. O, İsrailin mülki şəxslərə dəyən zərəri azaltmaq üçün atdığı addımları müzakirə edəcək.

Bəhreyndə Ostinin ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığına səfəri gözlənilir.

Onun danışıqlarının bir hissəsi ABŞ-ın gəmiçilik və qlobal iqtisadiyyatı təhdid edən Husi təcavüzünə cavab vermək üçün çoxtərəfli koalisiyalar qurmaq səylərinə diqqət yetirəcək.

Qətərə səfəri zamanı Pentaqon rəhbəri Qəzzada HƏMAS-ın girovluqda saxladığı şəxslərin azad edilməsində vasitəçilik səylərinə görə ölkə rəhbərliyinə təşəkkür edəcək, həmçinin "Əl-Udeyd" aviabazasına baş çəkəcək.





Paylaş:


Müəllif : Tarix:
16-12-2023, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər