reklam
Regionxeberlericom.az » Dünya » Şimali Koreya Rusiyaya min konteynerdən çox silah-sursat göndərib

reklam

Şimali Koreya Rusiyaya min konteynerdən çox silah-sursat göndərib


Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya min konteynerdən çox silah-sursat tədarük edib.

ABŞ-nin NATO-dakı səfiri Culian Smit bəyan edib ki, bu məlumat peykdən çəkilmiş görüntülərlə təsdiqini tapıb.

Culian Smit bildirib ki, Şimali Koreya Rusiyaya silah tədarük etməklə Kremlin Ukrayna xalqına, Ukrayna şəhərlərinə hücum etməsinə dəstək olur.

ABŞ-nin NATO-dakı səfiri, həmçinin əlavə edib ki, Vaşinqton güman edir ki, KXDR Rusiyadan mərmi müqabilində digər hərbi texnologiyalar almaq istəyir.

“Ola bilsin ki, bunun müqabilində Pxenyan Moskvadan qırıcı təyyarələr, yer-hava tipli raketlər, zirehli maşınlar, eləcə də ballistik raketlərin istehsalı üçün avadanlıq tələb etsin”, - deyə Culian Smit bildirib. 

Mənbə: Ukrinform.ua




Paylaş:


Müəllif : Tarix:
21-12-2023, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər