reklam
Regionxeberlericom.az » Dünya » Çində son 72 ilin ən şaxtalı ayı yaşanır

reklam

Çində son 72 ilin ən şaxtalı ayı yaşanır
















Çinin paytaxtı Pekində ölkənin şimalına təsir edən soyuq dalğa səbəbiylə 1951-ci ildən bəri temperaturun sıfırın altına düşdüyü ən uzun ayı yaşanır.

“Beijing Daily” xəbər verir ki, dekabrın 11-dən 24-dək şəhərdə havanın temperaturu 300 saatdan çox müddət ərzində sıfırın altında ölçülüb.

Pekində bu ay ardıcıl 10 gün ərzində temperatur 10 dərəcədən aşağı düşüb. Hava proqnozları şaxtalı soyuqların ayın sonuna qədər davam edəcəyini göstərir.

Çinin şimal və mərkəzi hissələrinə təsir edən soyuq dalğa və qar fırtınası səbəbindən dekabr ayında bəzi şəhərlərdə magistral yollar nəqliyyata bağlanıb, məktəblər tətil edib.




Paylaş:


Müəllif : Tarix:
25-12-2023, 19:30
Sikayət   


loading...
Загрузка...