reklam
Regionxeberlericom.az » Dünya » Nəvaz Şərif yenidən namizəd olacaq

reklam

Nəvaz Şərif yenidən namizəd olacaq


















Pakistanın keçmiş baş naziri Nəvaz Şərif dördüncü müddətə namizəd olacaq.

Bu barədə onun partiyası məlumat yayıb.

Qeyd edək ki, üç müddət baş nazir vəzifəsində çalışmış Şərif korrupsiya ittihamı ilə həbs cəzasını çəkməmək üçün dörd il Londonda sürgündə qaldıqdan sonra oktyabrda Pakistana qayıdıb.

Lakin qayıtdıqdan sonra hökm apellyasiya şikayəti əsasında ləğv edilib və ona fevralın 8-də keçiriləcək səsvermədən sonra yeni baş naziri seçəcək parlamentə namizəd olmaq hüququ verilib.

Xatırladaq ki, Şərif 2017-ci ildə korrupsiya iddialarına görə baş nazir vəzifəsindən istefa verib. 2018-ci ilin iyulunda o, Londonda dəbdəbəli mənzillər aldığına görə 10 il həbs cəzasına məhkum edilib. Həmin ilin dekabrında o, 1999-cu ildə ailəsinin polad zavodları qurması barədə məlumatları gizlətdiyinə görə əlavə 7 il həbs cəzasına məhkum edilib.




Paylaş:


Müəllif : Tarix:
27-12-2023, 19:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər