reklam
Regionxeberlericom.az » Dünya » ABŞ yardımı kəssə, nə olacaq? - Ukraynanın B planı

reklam

ABŞ yardımı kəssə, nə olacaq? - Ukraynanın B planı
















Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ölkəsinin ABŞ-dən hərbi yardımın azaldılması durumunda nə edəcəyini açıqlayıb.

O, Ukraynanın ABŞ-dən hərbi yardım paketi alacağına əminliyini ifadə edib.

Danilovun sözlərinə görə, ABŞ yardım edəcək, çünki söhbət dünyada baş verən bir çox proseslərin məsuliyyətindən, onun dərk edilməsindən gedir. O, amerikalı konqresmenlərin yanvarda bu məsələ ilə bağlı səsverməyə qayıdacaqlarına inanır.

Danilova Ukraynanın ABŞ-dən yardım paketi ala bilməyəcəyi halda B planının olub-olmaması sualı verilib.

“Həm dövlət, həm də özəl müdafiə-sənaye kompleksimizin işinə gəlincə, müharibə başlayandan bu kompleks ölkəmizin müdafiə qabiliyyəti üzərində işləməyə başlayıb. Nailiyyətlərimiz var, heç də geri qalmırıq. Vasitələrimizin işi dünyanı heyrətə gətirir”, - Danilov vurğulayıb.

O, həmçinin qeyd edib ki, hazırda tərəfdaşlarla birgə müdafiə müəssisələrinin yaradılması prosesi gedir./Teleqraf




Paylaş:


Müəllif : Tarix:
27-12-2023, 20:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər