reklam
Regionxeberlericom.az » Dünya » Bolqarıstan və Rumıniya Şengen zonasına daxil ediləcək

reklam

Bolqarıstan və Rumıniya Şengen zonasına daxil ediləcək
















“Bolqarıstan Şengendə iştirakla bağlı Avstriya ilə razılığa gəlib”.

Bu barədə Bolqarıstanın Baş naziri Nikolay Denkov açıqlama verib.

O, ölkənin Şengen zonasına daxil edilməsi ilə bağlı təsdiq gözlədikləri yeganə ölkə olan Avstriya ilə prinsipial razılığın əldə edildiyini açıqlayıb.

Baş nazir Denkov Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsi ilə bağlı Avstriya ilə prinsipial razılığın əldə edildiyini, dəniz və hava sərhədlərinin müvəqqəti ləğv ediləcəyini bildirib.

Bu proses Bolqarıstan və Rumıniyanın quru sərhədlərinin götürülməsi ilə Şengen bölgəsinə tam daxil olmasına icazə verəcək.  

Xatırladaq ki, Bolqarıstan və Ruminya 2007-ci ildə Avropa Birliyinə üzv olub.

Avropa İttifaqı Şurası 2022-ci ilin dekabrında Xorvatiyanın Şengenə daxil olması ilə bağlı razılığa gəlib, lakin Bolqarıstan və Rumıniya ilə bağlı qərarları təxirə salıb. Nəhayət, Ədliyyə və Təhlükəsizlik üzrə Dövlət Naziri Erik van der Burq dekabrın 15-də Hollandiya parlamentinə məktub göndərərək Bolqarıstanın Şengen zonasına daxil edilməsinin Hollandiya hökuməti tərəfindən təsdiqləndiyini bildirib.




Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 22:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər