reklam
Regionxeberlericom.az » Dünya » Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edildi

reklam

Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edildi
















Albaniyada məhkəmə korrupsiyada təqsirli bilinən ölkənin keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Yüksək rütbəli məmurların və siyasətçilərin işlərinə baxan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan edilib.

Sabiq baş nazirin vəkili Genc Gökutay bildirib ki, məhkəmə Berişanın ailəsindən başqa insanlarla ünsiyyətini də qadağan edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, ötən həftə Albaniya parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib. Berişaya sadiq deputatlar sessiyanı pozmağa çalışıb və səsverməni boykot ediblər.

Berişanın ünsiyyətdən məhrum edilməsi əslində daha böyük siyasi problemə çevrilə bilər. Çünki o, ölkənin əsas müxalifət partiyası sayılan Albaniya Demokratik Partiyasının lideridir.

Qeyd edək ki, oktyabr ayında prokurorluq Berişa barəsində kürəkəni Camarber Maltesiyə 17 çoxmənzilli bina tikmək üçün dövlət torpaqlarının özəlləşdirilməsinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə cinayət işi açıb. Prokurorluq hələ məhkəmədə rəsmi ittiham irəli sürməyib və Berişa formal olaraq hələ də istintaq altındadır./Report




Paylaş:


Müəllif : Tarix:
30-12-2023, 22:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər