reklam
Regionxeberlericom.az » Dünya » İraq xarici hərbi qüvvələri ölkədən çıxarır

reklam

İraq xarici hərbi qüvvələri ölkədən çıxarır


İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başlayır.

Regionxeberlericom.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani açıqlayıb. 

Məlumata görə, bu barədə qərar İranyönümlü “Hizbullah əl-Nucaba” hərəkatının səhra komandiri Müştaq Cavad Qasim əl-Cəvarinin Bağdadda ABŞ hərbçilərinin zərbələri nəticəsində ölməsindən sonra verilib. 

Pentaqon öz növbəsində dünən Bağdadda endirilən bu hücuma görə məsuliyyəti üzərinə götürüb və bildirib ki, sözügedən komandir amerikalı hərbçilərə qarşı hücumun planlaşdırılmasında iştirak edib. 

Agentlik qeyd edir ki, 2014-cü ildən İraqda İŞİD-in baş qaldırmasının qarşısını almaq məqsədilə təqribən 2500 amerikalı hərbçi yerləşdirilib.





Paylaş:


Müəllif : Tarix:
6-01-2024, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər