Umerov Fransaya səfərini ləğv edib
Ukraynanın müdafiə naziri Rüstəm Umerov bu gün Fransaya planlaşdırılan səfərini ləğv edib.
“France-Presse” agentliyi xəbər verir ki, Umerov səfərindən bir qədər əvvəl Fransa Müdafiə Nazirliyini məsələ ilə bağlı məlumatlandırıb. Umerovun təhlükəsizlik səbəbindən səfərini ləğv etdiyi bildirilir.
O, fransalı həmkarı Sebastyan Lekornyu ilə görüşməli və “artilleriya koalisiyası” üzrə konfransa start verməli idi. Görüşün onlayn formatda keçiriləcəyi gözlənilir.
Ukrayna Müdafiə Nazirliyi isə nazirin səfərinin ləğvini şərh etməyib.
Qeyd edək ki, ötən ilin dekabrında Fransada Ukraynaya dəstəklə bağlı “artilleriya koalisiyası”nın fəaliyyət göstərəcəyi məlum olub. Sözügedən koalisiya Ukrayna ordusuna silah-sursat və artilleriya qurğularının göndərilməsinin təmini ilə məşğul olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2024, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər