reklam
Regionxeberlericom.az » Dünya » Quterreş Qəzzada ölən BMT əməkdaşlarının sayını açıqladı

reklam

Quterreş Qəzzada ölən BMT əməkdaşlarının sayını açıqladı


















İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 153 əməkdaşı həlak olub.

Bu rəqəmi BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən açıq debatda təşkilatın baş katibi Antonio Quterreş açıqlayıb.

“Təəssüf ki, 153 həmkarımız dünyasını dəyişdi”, - Quterreş bildirib.

Təşkilatın baş katibi həmçinin həmkarlarının anklav əhalisini tibbi xidmətlər və ləvazimatlarla təmin etdiyini vurğulayıb.

Quterreş bununla yanaşı BMT əməkdaşlarının sığınacaqlara ərzaq çatdırdığını əlavə edib.

O, həmçinin münaqişənin bütün tərəflərini Qəzza zolağı ilə bağlı BMT-nin Yenidənqurma və Humanitar Məsələlər üzrə Baş Koordinatoru Siqrid Kaqla əməkdaşlığa çağırıb.

Qeyd edək ki, Qəzza üzrə koordinatorun təyin edilməsi BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin dekabrında qəbul edilmiş 2720 saylı qətnaməsinin tələblərindən biridir. Kaq vəzifəsinə yanvarın 8-də başlayıb.




Paylaş:


Müəllif : Tarix:
24-01-2024, 10:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər