reklam
Regionxeberlericom.az » Dünya » Aİ liderləri Ukrayna ilə bağlı çağırış etdi

reklam

Aİ liderləri Ukrayna ilə bağlı çağırış etdi


Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirməyə çağırıblar.

Bu barədə sammitin yekun bəyannaməsində deyilir.

“Avropa İttifaqı, xüsusən də Ukraynaya 1 milyon artilleriya döyüş sursatı vermək öhdəliyini nəzərə alaraq, döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin təcili ehtiyacını vurğulayır”, - bəyanatda qeyd olunub.

Bundan əlavə, Aİ üzv dövlətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün bütün variantları araşdırmağa və bu istiqamətdə səyləri gücləndirməyə, o cümlədən ehtiyatların davamlı tədarükü, mövcud sifarişlərin yönləndirilməsi və zəruri yeni sifarişlərin yerləşdirilməsinə çağırıb.




Paylaş:


Müəllif : Tarix:
1-02-2024, 19:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər