reklam
Regionxeberlericom.az » Dünya » ABŞ Senatı Ukraynaya 60 milyardlıq yardım layihəsi təqdim etdi

reklam

ABŞ Senatı Ukraynaya 60 milyardlıq yardım layihəsi təqdim etdi


















ABŞ Senatı Ukraynaya, İsrailə kömək etmək və cənub sərhədini qorumaq üçün 118 milyard dollarlıq kompromis qanun layihəsi təqdim edib.

Bu barədə sənəd Senatın Təxsisatlar Komitəsinin saytında dərc olunub.

Layihədə Ukraynaya 60 milyard, İsrailə 14,1 milyard, Meksika ilə sərhədi möhkəmləndirmək üçün 20,23 milyard, Yəməndə husilərə qarşı əməliyyatlara dəstək üçün 2,44 milyard pul ayrılması təklif olunur.

Layihədə həmçinin, Qəzza zolağı, İordan çayının qərb sahili və Ukrayna sakinlərinə 10 milyard dollarlıq humanitar yardım ayrılması təklif edilir.

Ukraynaya yardım çərçivəsində 14 milyard dollar Amerika hərbi-sənaye kompleksindəki şirkətlərdən yeni silahların alınmasına, 15 milyard dollar Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığına, həmçinin kəşfiyyat mübadiləsi və digər dəstək tədbirlərinə, 20 milyard dollar isə ABŞ-nin anbarlarından Ukraynaya verilən silah və hərbi texnika ehtiyatlarının bərpasına xərclənəcək.

Qeyd edək ki, Prezident Co Bayden Konqresin hər iki palatasını qanun layihəsini dərhal dəstəkləməyə çağırıb. “İndi biz onilliklərin ən sərt və ədalətli sərhəd islahatlarını ehtiva edən milli təhlükəsizliklə bağlı ikitərəfli razılaşma əldə etdik. Mən bu razılaşmanı qətiyyətlə dəstəkləyirəm”, - deyə Bayden bildirib.




Paylaş:


Müəllif : Tarix:
5-02-2024, 14:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər