reklam
Regionxeberlericom.az » Dünya » Pakistanda seçki ərəfəsi insidentlər artır – Bu dəfə namizəd güllələndi

reklam

Pakistanda seçki ərəfəsi insidentlər artır – Bu dəfə namizəd güllələndi


















Pakistan Xalq Partiyasından Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.

Bu barədə “The Express Tribune” məlumat yayıb.

Nəşrin məlumatına görə, Sind əyalətinin Mirpur Xas şəhərində bir qrup yaraqlı Şaha sui-qəsd cəhdi edib. Bildirilib ki, siyasətçi güllə yaraları alıb və xəstəxanaya aparılıb.

Bundan əvvəl Pakistan polisi Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış baş verdiyini bildirib. Qeyd olunub ki, partlayış nəticəsində 3 uşaq xəsarət alıb.

Pakistanda fevralın 8-nə təyin edilmiş Milli Assambleya seçkiləri ərəfəsində artıq bir neçə dəfə insident yaşanıb. Belə ki, fevralın 5-də Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub. Yanvarın 31-də Hayber Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Yanvarın 30-da oxşar hücum Pakistan Xalq Partiyasının iki nümayəndəsinə də edilib. Həmin gün Bəlucistan əyalətində Ədalət Hərəkatı partiyasının mitinqində baş verən partlayışda 4 nəfər həlak olub. Səlahiyyətlilər bildiriblər ki, Pakistan ordusu parlament seçkilərində səsvermənin təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək.




Paylaş:


Müəllif : Tarix:
6-02-2024, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər