Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
Nazirlər Kabineti ölkənin müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuku vəzifəsindən azad edib.
Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat yayıb.
Ölkə mətbuatı bildirir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Pavlyukun işdən çıxarılmasını təsdiqləyib.
Pavlyukun növbəti təyinatı barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın 9-da, Valeri Zalujnının istefasından bir gün sonra Ukraynanın “Zerkalo Nedeli” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Pavlyuk yeni baş komandan təyin edilmiş Aleksandr Sırskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yeni komandanı olacaq.
Qeyd edək ki, fevralın 8-də Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad edib. Zelenski daha əvvəl Ukrayna Quru Qoşunlarına komandanlıq etmiş general-polkovnik Aleksandr Sırskini yeni baş komandan təyin edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2024, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər