reklam
Regionxeberlericom.az » Dünya » Rusiya səfirliyinin səlahiyyətli nümayəndəsi cinayət işi ilə əlaqədar Latviya XİN-ə çağırıldı

reklam

Rusiya səfirliyinin səlahiyyətli nümayəndəsi cinayət işi ilə əlaqədar Latviya XİN-ə çağırıldı


Rusiya səfirliyinin müvəqqəti səlahiyyətli katibi Oleq Zıkov Latviya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirlik Rusiyanın siyasi motivli iş qaldırdığı keçmiş və hazırkı Latviya məmurlarının siyahısı ilə bağlı məsələyə aydınlıq gətirmək istəyir.

Nazirlikdən qeyd edildiyinə görə, XİN artıq 2022-ci ilin dekabrında Rusiya tərəfini rəsmi olaraq məlumatlandırıb ki, Rusiyanın başqa dövlətin ərazisində öz milli cinayət yurisdiksiyasını həyata keçirmək cəhdinin qəti əleyhinədir.

Latviya hesab edir ki, Rusiyanın ekstraterritorial cinayət yurisdiksiyasını genişləndirmək səyləri Latviyanın daxili işlərinə müdaxilə kimi nəzərdən keçirilə və buna görə də BMT Nizamnaməsinə zidd hesab oluna bilər.

Həmçinin nazirlik bu vəziyyətlə bağlı Latviyanın dövlət qurumlarını dəfələrlə məlumatlandırıb, hazırkı və keçmiş məmurları Aİ və NATO-dan kənarda xarici səfərlərə getmək zərurətini diqqətlə qiymətləndirməyə çağırıb.

Nazirlik hesab edir ki, Latviya rəsmiləri və deputatlarına qarşı cinayət işləri sovet dövründən qalan abidələrin sökülməsi ilə bağlıdır.

Mənbə: Gubernia.media




Paylaş:


Müəllif : Tarix:
14-02-2024, 13:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər