reklam
Regionxeberlericom.az » Dünya » Qərb siyasətçiləri Navalnının ölümündə Kremli günahlandırırlar: Peskovdan AÇIQLAMA

reklam

Qərb siyasətçiləri Navalnının ölümündə Kremli günahlandırırlar: Peskovdan AÇIQLAMA


“Navalnının ölümü ilə bağlı təhqiqat Rusiya Federasiyasının qanunlarına uyğun aparılır”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“İstintaq davam edir. Rusiya qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilir. Nəticələr hələ açıqlanmayıb”, - deyə Kremlin rəsmi nümayəndəsi jurnalistin müvafiq sualını cavablandırarkən bildirib.

Peskov, həmçinin Qərb siyasətçilərinin Navalnının ölümündə Kremlin əli olması ilə bağlı açıqlamalarına da münasibət bildirib. Onun sözlərinə görə, hələlik istintaqın ilkin nəticələrinin belə olmadığını nəzərə alsaq, bu cür ittihamların irəli sürülməsi ədəbsizlikdir.

“Bu bəyanatlar dövlətimizə zərər verə bilməz, lakin bunu edənlərin də xeyrinə işləmir”, - deyə Peskov qeyd edib.

Mənbə: Gazeta.ru




Paylaş:


Müəllif : Tarix:
19-02-2024, 15:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər