reklam
Regionxeberlericom.az » Dünya » İran Sudanla hərbi-dəniz bazasının yaradılması barədə danışıqlar aparıb – KİV

reklam

İran Sudanla hərbi-dəniz bazasının yaradılması barədə danışıqlar aparıb – KİV


















İran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, bu, uğursuz alınıb.

Bu barədə “Wall Street Journal” (WSJ) Sudan kəşfiyyatının əməkdaşı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı:

“Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib”.

Nəşrin həmsöhbəti bildirib ki, Xartum İrandan imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri pozmaq istəmir.

Qəzet iddia edir ki, Tehran Yəmənin üsyançı “Ənsar Allah” (Husilər) hərəkatını silahla təmin edir.

İranın BMT-dəki daimi nümayəndəsi bundan əvvəl ABŞ-nin bununla bağlı ittihamlarını rədd etmişdi.

Xatırladaq ki, Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” İsrail ərazisinə hücumlar həyata keçirəcəyi və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.




Paylaş:


Müəllif : Tarix:
3-03-2024, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər