“ABŞ Zelenskini Kiyevdən təxliyə edə bilər”
ABŞ Rusiya ordusunun uğurlu irəliləyişləri ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskini Kiyevdən təxliyə edə bilər.
Bu fikri Pentaqonun keçmiş əməkdaşı Stiven Brayen “Asia Times” üçün yazdığı məqalədə qeyd edib.
“İndi aydındır ki, Ukrayna ciddi kadr problemləri ilə üzləşir və onun yeni kadrlar cəlb etmək üçün güc tətbiq etmək cəhdi ölkədə, o cümlədən Odessa, Xarkov və Kiyev kimi böyük şəhərlərdə iğtişaşlara səbəb olur”.
“Heç kim deyə bilməz ki, Zelenski hökuməti Kiyevdə nə qədər dayana bilər. Rusiya qoşunlarının davamlı irəliləməsi, ölkə daxilində artan iğtişaşlar, Zelenskiyə qarşı çıxan insanların həbsi və bir çox qeyri-populyar tədbirlərlə Zelenskinin hakimiyyəti saxlamaq cəhdi böyük ümidsizlik vəd edir. Bu isə o deməkdir ki, Zelenski Kiyevdə hər an ölümcül təhlükə ilə üzləşə bilər. Bu şəraitdə Pentaqon Zelenskini xilas edə və başqa yerə köçürə bilər. Bu baxımdan Lvov ən çox ehtimal olunan yerdir. Çünki Lvov uzaq qərbdə yerləşir və ruslar Zelenskiyə hərbi yolla çatmaq istəsələr, ora çatmaq çox çətindir”, - Brayen bildirib.
Keçmiş Pentaqon rəsmisi hesab edir ki, ABŞ və NATO-nun bu vəziyyətdə yaxşı variantları azdır.
“ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı kimi daha bir fiaskoya tab gətirə bilməz. Lakin Rusiyanın hərbi qələbələrinin artması və Ukraynanın müdafiə qabiliyyətinin azalması bu ehtimalı daha da aktuallaşdırır”, - Brayen deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2024, 18:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər