reklam
Regionxeberlericom.az » Dünya » Çin Rusiya və Ukrayna arasında danışıqlara vasitəçilik etməyə hazırdır

reklam

Çin Rusiya və Ukrayna arasında danışıqlara vasitəçilik etməyə hazırdır


















Çin Rusiya və Ukrayna arasında danışıqlar üçün lazım olan hər şəraiti təmin etməyə hazırdır.

Bu barədə Çinin BMT-dəki daimi sədrinin müavini Qen Şuan bildirib.

“Çin Rusiya və Ukraynanın danışıqlara başlaması üçün lazımi şəraiti təmin etməyə hazırdır və böhranın siyasi həllinin təşviqində konstruktiv rol oynamaqda davam edəcək”, - Şuan deyib.

Qeyd edək ki, bundan əvvəl Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey də Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Baqqerlə Berlində keçirdiyi görüşdə Ukraynada münaqişənin genişlənmə riski olduğunu və bunun beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olmadığını bildirib. Li Huey həmçinin qeyd edib ki, Pekin Berlinlə birlikdə atəşkəs və hərbi əməliyyatların dayandırılmasına yol açmaq üçün bütün tərəflərin bərabər iştirakı ilə sülh konfransının çağırılmasını dəstəkləməyə hazırdır.




Paylaş:


Müəllif : Tarix:
16-03-2024, 13:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər