reklam
Regionxeberlericom.az » Dünya » Daha bir ölkənin prezidentinə sui-qəsd cəhdi edildi

reklam

Daha bir ölkənin prezidentinə sui-qəsd cəhdi edildi
















Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.

Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.

"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı", - o deyib. "Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb. O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı.(Report)




Paylaş:


Müəllif : Tarix:
26-03-2024, 11:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər