reklam
Regionxeberlericom.az » Dünya » Türkiyədə seçkilərdə qan töküldü: Ölən və yaralananlar var

reklam

Türkiyədə seçkilərdə qan töküldü: Ölən və yaralananlar var















Bu gün Türkiyədə növbəti parlament seçkiləri keçirilir. Səsvermə prosesi Bakı vaxtı ilə axşam 20:00-a kimi davam edəcək. 

Qardaş ölkədə baş tutan seçkilər insidentsiz ötüşməyib. Səhər saatlarında Diyarbəkirin Ağclıdərə məhəlləsində qanlı toqquşma baş verib. Namizədlərin tərəfdarları bir-biirlərinə daş və dəyənəklərlə hücum ediblər. Sonra isə silahlar işə düşüb. Silahlı qarşıdurma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. "Sözcü" qəzetinin yazdığına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağıdır. 

Həmçinin hadisə yerinə gələn təcili yardım maşınları da hücuma məruz qalıb. Yeli səhiyyə qurumuna məxsus olan iki təcili yardım maşına yararsız hala salınıb. 

Hazırda polis və jandarma qüvvələri hadisə yerindədir. Xüsusi təyinatlı qüvvələr şəhərdə nəzarəti gücləndirib. 




Paylaş:


Müəllif : Tarix:
31-03-2024, 13:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər