İsrail digər ölkələrdəki səfirliklərində təhlükəsizliyi gücləndirib
İsrail hökuməti və İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra digər ölkələrdəki səfirliklərində və diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
Bu barədə “Ynet” portalı öz mənbələrinə istinadla xəbər verib.
“SAXAL sayıqlığı və təhlükəsizlik tədbirlərini artırıb. Xarici İşlər Nazirliyi də diplomatlara mesaj çatdırıb və onları diqqətli olmağa çağırıb”, - deyə mənbədən xəbər verilib.
Martın 1-də İsrail İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna raketlə hücum edib. Zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı və beş hərbi müşavir həlak olub. Hücumda ölənlərin ümumi sayı, son məlumatlara görə, 11-ə yüksəlib. Ölənlər arasında üç suriyalı və bir livanlı da var.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2024, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər