İsrailin itkiləri artdı
Münaqişənin gərginləşməsi başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə 604 nəfər itirib.
Bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir.
Son məlumatlara görə, ötən şənbə Qəzza zolağında daha 4 İsrail hərbçisi həlak olub və bütün itkilər anklavın cənubunda qeydə alınıb.
Qeyd olunub ki, Qəzzada quru əməliyyatı başlayandan bəri IDF 260 itki verib.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, həmçinin Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2024, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər