reklam
Regionxeberlericom.az » Dünya » İŞİD-dən növbəti terror TƏHDİDİ: Bu stadionlara hücum edə bilərlər

reklam

İŞİD-dən növbəti terror TƏHDİDİ: Bu stadionlara hücum edə bilərlər


İŞİD terror təşkilatı yaydığı növbəti mesajda Çempionlar Liqasının 1/4 final oyunlarından birində meqa-terror aktı törətməklə hədələyib. 

Bu barədə qruplaşmaya bağlı “Əl-Əzaim” nəşri məlumat yayıb.

Terrorçular “Hamısını öldürün” sözləri və 1/4 final oyunlarının keçiriləcəyi stadionların adları ilə şəkil yayımlayıblar: Madriddəki “Santyaqo Bernabeu” və “Metropolitano”, Londondakı “Emirates” və Parisdəki “Park de Prens” stadionları.

Xatırladaq ki, İŞİD terrorçuları sonuncu terror aktını martın 22-də Moskvanın “Crocus Siti Holl”unda törədiblər. Kamuflyaj geyinmiş bir neçə silahlı şəxs içəri girərək avtomat silahlardan tamaşaçılara atəş açıb. Terror aktı nəticəsində 143 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Madrid hakimiyyəti bu həftə İspaniyanın paytaxtında Çempionlar Liqasının iki oyunu öncəsi təhlükəsizlik tədbirlərini aktivləşdirib. Hər iki qarşılaşma, “Real” – “Mançester Siti” və “Atletiko” – “Borussiya” (Dortmund), zorakılıqla mübarizə komissiyası tərəfindən yüksək riskli hesab edilib və 3000-dən çox təhlükəsizlik işçisi yerləşdiriləcək. Qarşılaşmaya 8000-ə yaxın "Mançester Siti" və "Borussiya” azarkeşlərinin gəlməsi gözlənilir.

“Real” bu gün “Santyaqo Bernabeu”da "Mançester Siti" ilə qarşılaşacaq, "Atletiko" isə çərşənbə günü "Sivitas Metropolitano"da "Borussiya"nı qəbul edəcək.

Bundan əlavə, bu gün Londondakı “Emireyts” stadionunda “Arsenal” və “Bavariya”, sabah isə Fransanın paytaxtı “Park des Prens”də “Barselona” PSJ ilə qarşılaşacaq.




Paylaş:


Müəllif : Tarix:
9-04-2024, 16:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər