reklam
Regionxeberlericom.az » Dünya » İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

reklam

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək


İsrail İranın hücumuna qarşı cavab tədbiri hazırlayır.

Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Nevatim bazasına səfəri zamanı deyib.

"Biz gələcək addımları nəzərdən keçiririk. Pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma cavab verilməlidir", - Halevi deyib.

Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb ki, İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər.

Nəşr yəhudi dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir. Qəzetin mənbələri qeyd edib ki, ABŞ İsrailin heç bir hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton İsrailin gərginliyi artıra biləcək hərəkətlər etməməsində israrlıdır.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.




Paylaş:


Müəllif : Tarix:
15-04-2024, 22:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər