İranı öz raketləri ilə Ərəbistanda vurdular - Ekspert
Səudiyyə Ərəbistanı neft obyektlərinin hücuma məruz qalması İranla münasibətləri gərginləşdirəcək.
Bu sözləri açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
“Ümumiyyətlə, bölgədə baş verən prosesləri tədqiq etdiyimiz zaman hadisələrin bir-biri ilə zəncirvari bağlılığını nəzərə almalıyıq. Səudiyyə Ərəbistanına məxsus olan zavodların vurulması faktı ilə bağlı konkret açıqlamalar verildi. İlkin açıqlamada bu silahların İrana məxsus olduğu bildirildi”.
Ərəb ölkələri ilə İran arasında hər zaman ziddiyyətli məqamlar olduğunu diqqətə çatdıran politoloq bildirib ki, ziddiyyətlərin içində iki əsas məsələ var: Yəmən böhranı (Husilər) və Qətər böhranı:
“Son bir ildə müəyyən mənada lokal şəkildə istər Yəməndə, istər Livanda bu İran-ərəb qarşıdurmanın getdiyini izləsək də, o, pik həddə gəlib çatmamışdı. Yəni Qətər və Yəməndə baş verən proseslər fonunda gərginliklər pik həddə deyildi. Son hadisə isə sanki katalizator rolunu oynadı. Bu, münasibətləri daha da gərginləşdirəcək”.
Ekspert hadisələrin, xüsusilə, Rusiya, İran və Türkiyə liderlərinin görüşü ərəfəsində baş verməsi faktına da diqqət yetirib.
“Təbii ki, versiyaların hər birini gözdən keçirmək vacibdir. İranın Səudiyyə Ərəbistanına məxsus zavodları vurması yüksək ehtimalıdır. Çünki Səudiyyə regionda İranın ən ciddi rəqibidir və bir çox münaqişəli məsələlərdə, Yəməndə, Bəhreyndə, İraqda, Suriyada faktiki olaraq hər iki ölkənin qarşıdurmasına müəyyən mənada şahid oluruq. Amma başqa ehtimallar da var. Məsələn, məhz bu münaqişəni alovlandırmaq üçün maraqlı olan tərəflər mövcuddur”, - ekspert vurğulayıb.
V.Zifəroğlu əslində baş verən insidentin əsas hədəfinin Ər-Riyad yox, İran olduğunu söyləyib:
“Səudiyyə Ərəbistanı ortaya atılan bir bəhanədir, əsas hədəf İrandır və bütün prosesi Tehranla savaşı başlatmaq istəyən ölkə həyata keçirir. Burada iki vacib məqam var: Birincisi, silahların İran istehsalı olması - bu, İranın əleyhinə işləyən faktdır; ikincisi, husilərin məsuliyyəti öz üzərinə götürmələri. Husilər İranın birmənalı şəkildə dəstəklədiyi qruplaşmadır ki, onun belə addım atması İranın əleyhinə işləyir”.
İstər iqtisadi dayanıqlılıq, istərsə də siyasi və sosial stabillik baxımından ağır vəziyyətdə olan İranın niyə qətiyyətlə husiləri dəstəkləməsi sualını cavablandıran politoloq hazırda cənub qonşumuzda islahatçılar və mühafizəkarlar arasında qarşıdurmanın olduğunu, bu qrupların bəzi nümayəndələrinin İranın ABŞ-la münasibətlərinin normallaşmasında maraqlı olmadığını vurğulayıb:
“Yaxın Şərqdə fəaliyyət göstərən təşkilatların əksəriyyəti birmənalı təhlil ediləcək qurumlar deyillər. Mümkündür ki, bugünkü proseslərin müəyyən mənada yumşalmağa doğru getməyinə ehtimal olduğu bir zamanda Ənsarullahın (husilər) daxilindəki bəzi mühafizəkar qruplaşmalar bu zərbələrin endirilməsində maraqlı olsunlar. İranın özündə necə ABŞ-la münasibətlərin düzəlməsində və ya kəskinləşməsində maraqlı olan qüvvələr varsa, Ənsarullahın da içində elə qüvvələr var”.
Səudiyyə Ərəbistanındakı şiələrin hazırkı hakimiyyətlə münasibətlərinin böhranlı olmasına diqqət yetirən V.Zifəroğlu İranın onlardan Ər-Riyada qarşı istifadə imkanını da istisna etməyib:
“Əslində, İranla bağlı proseslər ona görə mürəkkəbdir ki, Tehran hər zaman məzhəbsəl faktoru öz əlində tutaraq, ustalıqla istifadə etməyə çalışıb. İran bunun sayəsində Səudiyyənin daxilində özünə yüksək şərait qurmağa cəhd edir. Nimr Baqir ən-Nimrlə (Səudiyyə Ərəbistanındakı şiələrin mənəvi lideri. Ər-Riyad tərəfindən 2 il öncə edam edilib – red.) bağlı hadisələr göstərdi ki, Səudiyyənin daxilində bu faktor var və bu, çox ciddi məsələdir. Onun ardınca Bəhreyndə baş verən hadisələr, paralel olaraq Qətərdə böhranın yaşanması bir daha onu təsdiqlədi ki, ərəb ölkələrinin İranla bağlı vahid strategiyası yoxdur. Buna görə də düzgün münasibət qura bilmirlər. İran ərəblərə qarşı şiə faktorundan istifadə edərək, müdaxilə imkanları qazanır. Digər tərəfdən Qətər böhranı sübut etdi ki, ərəb ölkələri müəyyən geosiyasi hədəfləri üçün hətta İranla münasibətləri yaxşılaşdırmağa da hazırdırlar. Bu iki önəmli faktor əslində bundan sonrakı mərhələlərdə yeni ideyaların - özəlliklə, ABŞ-la bağlı məsələlərdə - ortaya atılmasına səbəb oldu. Bunun qarşısının alınması üçün əvvəlcə müsəlman hərbi birliyi, daha sonra isə “Ərəb NATO-su”nun yaradılması təklif edildi. Qətər böhranı bu ideyanı dar çərçivəyə saldı. Bunu yaratmaqda məqsəd ərəb ölkələrinin İrana qarşı səfərbərliyini təşkil etmək və Tehranı mövcud olduğu yerlərdən sıxışdırıb çıxartmaqdır”.
Politoloq bir mühüm məqama da toxunub ki, Ənsarullahı Səudiyyə Ərəbistanında dəstəkləyən qüvvələrin olması mümkündür:
“Bu isə o deməkdir ki, İran Yəməndəkinə bənzər böhranları bir sıra ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ-nin daxilinə köçürə bilər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-09-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-09-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma - İfşa edildi
16-12-2024, 11:42