reklam
Regionxeberlericom.az » Dünya » İran ələ keçirdiyi “MSC Aries” gəmisinin heyətinin taleyi barədə açıqlama verdi - FOTO

reklam

İran ələ keçirdiyi “MSC Aries” gəmisinin heyətinin taleyi barədə açıqlama verdi - FOTO


İran Hörmüz boğazında saxlanılan “MSC Aries” gəmisinin ekipajını azad edəcək.

İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib.

Nazir bildirib ki, gəminin heyətinin buraxılması məsələsi onların diqqətindədir.

“Biz artıq Tehrandakı səfirlərə konsulluq imkanının təmin edilməsi, ekipaj üzvlərinin buraxılması və sonradan təhvil verilməsi barədə xəbər vermişik”, - deyə Əmir-Abdullahian əlavə edib.

O qeyd edib ki, Tehran Hörmüz boğazında “MSC Aries”in ələ keçirilməsini İsrailin apreldə Dəməşqdəki İran konsulluğuna hücumuna İranın ilk cavab tədbiri kimi qiymətləndirir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries”i ələ keçirib.




Paylaş:


Müəllif : Tarix:
27-04-2024, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər