reklam
Regionxeberlericom.az » Gündəm » “RƏİSİNİN ÖLÜMÜNÜN BÖYÜK NƏTİCƏLƏRİ OLACAQ” - "Bu, onlar üçün faciədir..."

reklam

“RƏİSİNİN ÖLÜMÜNÜN BÖYÜK NƏTİCƏLƏRİ OLACAQ” - "Bu, onlar üçün faciədir..."













İran Prezidenti İbrahim Rəisinin ölümü dünya mediasının əsas gündəm mövzusudur.

“AzPolitika” xəbər verir ki, hadisəni şərh edən “Sky News”-un qənaətinə görə, Rəisinin ölümü rejim üçün təhlükəli məqamdır.

Bununla belə, qeyd olunur ki, həmin hadisə nəticəsində İranın xarici siyasətində dəyişiklik gözləməyə dəyməz: “İran indi həssas bir dövrdən keçir. Rəisi İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyidən sonra ikinci ən güclü şəxs idi. Onun ölümünün böyük nəticələri olacaq. Xamneyi ölkəni sakitləşdirməyə çalışsa da, rejim bilir ki, bu, təhlükəli məqamdır və ehtiyatla davranılmalıdır”.

Yazıda qeyd olunur ki, ölkəyə 50 gün ərzində, seçkiyə qədər vitse-prezident Mohammed Mohbər rəhbərlik edəcək. Mohbər ali liderə Rəisi qədər yaxın deyil. Lakin o, illər boyu Xamneyinin maliyyəsinin böyük hissəsinə nəzarət edib və İrana qarşı tətbiq edilən sanksiyaların bəzilərindən yayınmağa kömək edib: "Rəisinin varisi çox güman ki, ali liderin seçdiyi namizəd olacaq. Təbii ki, rejimin sərt xətdən mötədilliyə qayıtmaq ehtimalı çox azdır. Həmçinin, İranın xarici siyasətində və ya Qəzza müharibəsində iştirakında əhəmiyyətli dəyişikliklər gözləməməliyik. Hər şey həmişəki kimi olacaq".

Yazıda qeyd olunur ki, 2022-ci ildə Mahsi Aminin ölümü ilə bağlı uzun müddət davam edən hökumət əleyhinə nümayişlərdən sonra Rəisinin qəfil ölümü etiraz hərəkatının ayağa qalxması və əhalinin yenidən küçələrə çıxması anı ola bilər: “İran daxilində “İslam Dövləti”nin qolları da daxil olmaqla bir çox dissident qruplar var ki, onlar bu vəziyyətdən istifadə etməyə cəhd edə bilərlər. Rəisi 2021-ci ildə cəmi 41% seçici iştirakı ilə prezident oldu ki, bu da 1979-cu il inqilabından bəri ən aşağı göstəricidir. O, bir o qədər populyar fiqur deyildi. Uzunmüddətli perspektivdə Rəisinin ölümünün ali lider üçün nəticələri olacaq. Dindar və mühafizəkar iranlılar üçün Rəisinin ölümü faciədir. Ancaq bir çoxları üçün o, əlləri qana bulaşmış insan olub”.




Paylaş:


Müəllif : Tarix:
21-05-2024, 10:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər