Azərbaycan gömrüyündə dönən milyonlar: Müttəhim və şahid məhkəmədə şok rəqəmləri açıqladı
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib.
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə novbəti məhkəmə prosesi keçirilib.

Hakim təqsirləndirilən şəxs Rafael Əliyevdən ödənişlərin ödənilməsi ilə bağlı münasibətini öyrənib. O bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və proses davam edir.
Daha sonra məhkəmədə şahidlərin ifadəsi dinlənilib. Onlar bildiriblər ki, pullar müvafiq adamlara verilib və bu göstərişi də onlara Gömrük Komitəsinin keçmiş sədri Səhhət Həbibbəyli verib:
"Ay ərzində gömrük xətti ilə 200-250 min, bəzən 300-400 min manat pul yığılırdı. Şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq 2000-3000 manat paket alırdılar. Hətta sərt disklərin məhv edilməsini də Səhhət Həbibbəyli bizə tapşırıb. Təxminən 20-30 sərt disk sabiq sədrin yaşamadığı evin həyətində doğranılıb. Bundan başqa, gömrük məntəqəsinə daxil olan avtomobillər tərəzilərə çıxarılırdı və hər birindən 20 manat alınırdı. İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı".
Bundan sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, ifadəsində deyib ki, çalışdığı dövrdə dövlət büdcəsindən müəyyən şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı: "Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Hər ay 1000-1200 manat paket alırdım. Rafael Əliyevə də bu illər ərzində təxminən 3-3,5 milyon manat vermişəm".
R.Əliyev şahid N.Haciyevin ifadəsini təsdiqləyib, onun bütün proseslərdə iştirakını məhkəmədən xahiş edib.
Məhkəmə prosesi iyunun 11-i saat 11:30-da davam etdiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2024, 08:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər