“Pilot Residence” binasının sakinləri Mehriban Əliyevaya şikayət məktubu yazdılar
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” binasının sakinləri ilə MTK arasında qalmaqal davam edir.
Binada yaşayan sakinlərin sözlərinə görə, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilmişdir. “Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri prokuroruna və Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə şikayət məktubu ünvanlanmışdır.
Bina sakinləri haqlı narazılıqları ilə bağlı bu dəfə ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya kollektiv şikayət məktubu ünvanlayıb. Məktubda tikinti layihəsinə uyğun olaraq, “Pilot Residence” MTK tərkibində ümumi qapalı istirahət parkı, yeraltı qaraj mərtəbəsinin inşası və Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları inşa etməklə mənzillərlə birgə yaşayış kompleksini 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil vermə öhdəliyinə riayət olunmaması və digər qanunsuzluqlar barədə qeyd olunub. Həmçinin layihənin icraatına dövlət tərəfindən rəsmi orqan olan Səbail RİH, icra başçısı Vüqar Zeynalov və layihənin kuratoru başçının birinci müavini Vüqar Şıxəmmədov, sakinlərin saysız-hesabsız şikayətlərinə baxmayaraq, layihə üzrə MTK tərəfindən işlərin yarımçıq qaldığı halda Dövlət Aktını təsdiqləmiş və Yaşayış Kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırmaqdadır.
Yuxarıda qeyd olunanlar azmış kimi, Səbail RİH tərəfindən təsdiqlənmiş layihədə mövcud olmayan və heç bir rəsmi icazə sənədi olmayan 850 m2 sahəli qeyri-yaşayış obyekti MTK tərəfindən binanın həyətində inşa olunmuş, beləliklə sakinlərin həyət ərazisi də praktiki ləğv olunmuşdur. Əlqərəz, binada yaşayan ailələr isə hər gün müxtəlif problem və təhlükələrlə üzbəüz qalmaqdadır.
Sözügedən məktubun surətini təqdim edirik.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2024, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər