reklam
Regionxeberlericom.az » Gündəm » Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir

reklam

Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir









Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilir.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində elektronlaşdırılmış qaydada DİM-in Elektron İmtahanlar Korpusunda keçirilir.

DİM və ARVK-nın birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda iştirak üçün 600 nəfər vəkilliyə namizəd müraciət edib. Bu da elektronlaşdırılımış qaydada keçirilən test imtahanlarında ən yüksək göstəricidir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61,7 faiz, respublikanın digər regionları üzrə isə 38,3 faizdir.

Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək.

Namizədlərin 15 faizi xarici, 85 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 50 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 67 faizini təşkil edir. Qadın namizədlər 28 faiz, kişi namizədlər isə 72 faizdir.

Qeyd edək ki, NMRVK-nın imtahanda iştirak edən namizədləri 3,8 faiz təşkil edir./E-huquq.az/




Paylaş:


Müəllif : Tarix:
26-05-2024, 13:50
Sikayət   


loading...
Загрузка...